Nigeriyada 80 mindәn çox adam evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb
Bu barәdә Birlәşmiş Millәtlәr Tәşkilatının Nigeriyadakı mәrkәzi qәrargahından verilәn mәlumatda bildirilib.
Nigeriyanın şimal-şәrqindә terror tәşkilatı Boko Haramın törәtdiyi hücumlar nәticәsindә 80 mindәn çox insan evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.
Bu barәdә Birlәşmiş Millәtlәr Tәşkilatının Nigeriyadakı mәrkәzi qәrargahından verilәn mәlumatda bildirilib.
Mәlumata әsasәn, noyabr ayından etibarәn terror tәşkilatının Borno ştatında intensivlәşәn hücumları sәbәbindәn 80 mindәn çox insan evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.
Qeyd edәk ki, ölkә әhalisinin 7.7 milyonunun tәcili yardıma ehtiyacı var.
2000-ci ildәn etibarәn Nigeriyada fәaliyyәt göstәrәn Boko Haram tәşkilatı 2009-cu ildәn etibarәn keçirdiyi hücumlar nәticәsindә 20 mindәn çox adamın hәyatına son qoyub.
Tәşkilat 2015-ci ildәn etibarәn Kamerun, Çad vә Nigerda hücumlar törәdir.
Tәşkilatın Çadda törәtdiyi hücumlar nәticәsindә azı iki min nәfәr hәlak olub.
Әlaqәli Xәbәrlәr
Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya Donetsk vilayətindəki Novokalinovo qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb.