Əfqanıstanda ABŞ hərbçisi həlak olub

Bu barədə NATO-nun "Qətiyyətli dəstək" missiyasının internet saytında bildirilir.

1131262
Əfqanıstanda ABŞ hərbçisi həlak olub

ABŞ-ın hərbi qulluqçusu Əfqanıstanda həlak olub.

Bu barədə NATO-nun "Qətiyyətli dəstək" missiyasının internet saytında bildirilir.

"Bu gün Əfqanıstanda bir Amerika hərbi qulluqçusu düşmən tərəfindən atıcı silahdan açılan atəş nəticəsində öldürülüb", - deyə xəbərdə bildirilir.

Həmçinin qeyd edilir ki, hərbi qulluqçunun adı və rütbəsi onun qohumları öldürülməsi barədə xəbərdar edilməyənə qədər açıqlanmayacaq.

Hadisə ilə bağlı araşdırma aparılır.

 



Әlaqәli Xәbәrlәr