ABŞ-da müsəlmanlara hücum planlaşdıran şəxslər həbs edilib

Bu barədə yerli media orqanları məlumat yayıb.

1131230
ABŞ-da müsəlmanlara hücum planlaşdıran şəxslər  həbs edilib

 

ABŞ-da müsəlmanların yaşadığı qəsəbəyə hücum planlaşdıran qruplaşma üzvləri həbs edilib.

Bu barədə yerli media orqanları məlumat yayıb.

Məlumatlara əsasən, onlar Roçester şəhərində həbs olunublar. Saxlanılanlar 18-20 yaşlarında üçkişi və 16 yaşlı gəncdir. Onlar müsəlmanların yaşadığı, Nyu-York ştatındakı İslamberq qəsəbəsinə hücum hazırlığında ittiham edilirlər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlar zamanı şübhəli şəxslərdə bir neçə əldəqayırma partlayıcı qurğu aşkarlayıb. Həbs edilənlərə qarşı sui-qəsd və silah saxlama maddələri üzrə ittihamlar irəli sürülüb.



Әlaqәli Xәbәrlәr