Ruandada qızıl mәdәnindә uçqun baş verib, ölәn var

Bu barәdә Mvulire bölgәsinin rәsmisi Cean Klaude Rvagasana mәlumat verib.

1130842
Ruandada qızıl mәdәnindә uçqun baş verib, ölәn var

 

Şərqi Afrika ölkəsi Ruandanın Mvulire bölgəsindəki bir qızıl mədənində baş vermiş  uçqun nәticәsindә  14 nәfәr hәlak olub.

Bu barәdә Mvulire bölgәsinin rәsmisi Cean Klaude Rvagasana mәlumat verib. 

Mәlumata әsasәn, uçquna uzun müddәt yağan yağışlar sәbәb olub.

‘‘Aparılan  axtarış-xilasetmә әmәliyyatları nәticәsindә 14 nәfәrin cәsәdi tapılıb’’,-deyә Cean Klaude Rvagasana qeyd edib.

Qeyd edәk ki, Ruandada 2017-ci ildә baş verәn uçqun nәticәsindә 27 nәfәr hәlak olmuşdu.



Әlaqәli Xәbәrlәr