Monteneqroda könüllü hərbi xidmət tətbiq olunacaq

Məcburi hərbi çağırışın tətbiq olunmadığı Monteneqroda orduya 50 könüllü əsgər qəbul ediləcək.

1130016
Monteneqroda könüllü hərbi xidmət tətbiq olunacaq

Məcburi hərbi çağırışın tətbiq olunmadığı Monteneqroda orduya 50 könüllü əsgər alınacaq.

1950 nəfərlik professional ordusu, ən az əhalisi olan Balkan ölkəsi Monteneqronun ordusuna ölkədə məcburi hərbi xidmətin ləğv olunmasından 13 il sonra ilk dəfə əsgər qəbul ediləcək.

Müdafiə Nazirliyindən verilən məlumatda könüllü əsgərlik müraciətlərinin bu gün başladığı, 18-25 yaş arasındakı Monteneqro vətəndaşlarının könüllü hərbi xidmət üçün müraciət edə biləcəklərini bildirildi.

Məlumatda üç ay davam edəcək könüllü hərbi xidmət müddətində dövlətin bu insanlara müəyyən məbləğdə maaş ödəyəcəyi,  könüllülərə təlimlərdən sonra orduda professional olaraq xidmət etmə imkanının yaradılacağı qeyd edilir.

Məlumatda ilin ikinci yarısında 50 nəfərin də könüllü olaraq orduya qəbul ediləcəyi, Müdafiə Nazirliyi tərəfindən ölkə miqyasında könüllü hərbi xidmətə dair seminarların keçiriləcəyi də ifadə edilir.

Monteneqro Müdafiə naziri Predraq Boskovic daha əvvəl verdiyi açıqlamada 1950 profesyonel hərbçisi olan Monteneqro ordusunu böyütməyi və hərbçilərin sayını 2368-ə yüksəltməyi hədəflədiklərini söyləmişdi.

Monteneqro 2017-ci ildən etibarən NATO üzvüdür.

 

 

 

 



Әlaqәli Xәbәrlәr