"Aİ nizamsız miqrant probleminə daha çox seyrçi qala bilməz", E.Trenta

İtaliyanın Müdafiə naziri Elisabetta Trenta Avropa İttifaqının (Aİ) nizamsız miqrant probleminə daha çox seyrçi qala bilməyəcəyini söylədi.

1129650

Aralıq dənizində həftə sonunda Liviya sahillərində və İspaniya-Mərakeş arasında öldükləri güman edilən təqribən 170 itkin nizamsız miqrant xəbərlərindən sonra İtaliya rəsmilərinin açıqlamalarında Aİ tənqid edildi.

İtaliyanın Müdafiə naziri Trenta sosial şəbəkədəki paylaşmasında “Aİ bu problemə daha çox seyrçi qala bilməz” ifadəsini işlətdi.

Senatın sədri Maria Elisabettə Casellati də Palermo şəhərinə səfərində jurnalistlərin suallarına cavabən dedi: “Bu qədər biçarə günahsızın ölümünü qəbul edə bilmərik. Aralıq dənizi sülh dənizi olmalı, kütləvi məzar yeri deyil”.

Katolik dünyasının dini lideri Papa Franciscus da Vatikandakı bazar ayinində ölən nizamsız qaçqınlar üçün dua etdi.

Digər tərəfdən Aralıq dənizindəki nizamsız qaçqınları xilas etmək üçün fəaliyyətləri davam etdirən Sea Watch adlı qeyri-hökumət təşkilatına məxsus bir gəminin şənbə günü Liviya sahillərində 47 nizamsız qaçqını xilas etdiyi bildirilib.

Әlaqәli Xәbәrlәr