ABŞ vә Şimali Koreya liderlәri arasında ikinci görüşün vaxtı açıqlandı

Bu barәdә Ağ Evin mәtbuat katibi Sarah Sanders mәlumat verib.

1128934
ABŞ vә Şimali Koreya liderlәri arasında ikinci görüşün vaxtı açıqlandı

Ağ Evin mәtbuat katibi Sarah Sanders (Sarah Sanders) Amerika Birlәşmiş Ştatlarının prezidenti Donald Tramp ilә Şimali Koreya lideri Kim Çen İnin fevral ayının sonunda görüşәcәyini açıqlayıb.

ABŞ prezidenti Donald Tramp Şimali Koreya liderinin müşaviri Kim Yonq Çol ilә bir araya gәlib.

Bu barәdә Ağ Evin mәtbuat katibi Sarah Sanders mәlumat verib.

Sarah Sanders deyib: ‘‘Prezident Donald Tramp Şimali Koreyanın nüvә silahlardan tәmizlәnmәsi  vә fevralın sonunda Kim Çen İnlә keçirilәcәk görüş mәsәlәsini Kim Yonq Çenlә müzakirә edib. Görüş yarım saat davam edib’’.

Sarah Sanders liderlərin görüşəcəyi yerin  dəqiqləşdirilmədiyini bildirib.

Qeyd edәk ki, Donald Tramp ilә Kim Çen İn ilk dәfә 2018-ci ilin 12 iyun tarixindә Sinqapurda görüşmüşdülәr. Görüşdәn sonra iki lider Şimali Koreyanın nüvә silahlardan tәmizlәnmәsi mәsәlәsindә razılıq әldә etmişdilәr.



Әlaqәli Xәbәrlәr