Nairobidә terror aktı, ölәnlәr var

Bu barәdә ölkәnin Daxili İşlәr naziri Fred Matianq mәlumat verib.

1126850
Nairobidә terror aktı, ölәnlәr var

Keniyanın paytaxtı Nairobidәki hotellәrin birindә törәdilәn silahlı vә bombalı hücum nәticәsindә hәlak olanların sayı 15 nәfәrә çatıb.

Bu barәdә ölkәnin Daxili İşlәr naziri Fred Matianq mәlumat verib. Fred Matianq bölgәdә tәhlükәsizlik tәdbirlәrinin güclәndirildiyini deyib.

Polis İdarәsinin rәisi Cozef Boinnet isә cinayәtkarlardan birinin üzәrindәki partlayıcı qurğunu hotelin girişindә partlatdığını bildirib.

Qeyd edәk ki, terror aktına görә mәsuliyyәti terror tәşkilatı Әş-Şәbab öz üzәrinә götürüb.

Terror tәşkilatı Әş-Şәbab 2013-cü ildәn etibarәn Nairobidә hücumlar törәdir. Tәşkilatın şәhәrdәki ticarәt-mәrkәzindә törәtdiyi hücum nәticәsindә onlarla mülki vәtәndaş hәlak olmuşdu.


Etiketlәr: #Nairobi , #Kenya , #terror aktı

Әlaqәli Xәbәrlәr