Rusiyada yaşayış binasında partlayış, ölәn var

Bu məlumatı  Rusiya Fövqəladə Hallar Nazirliyindən veriblər.

1125388
Rusiyada yaşayış binasında partlayış, ölәn var

Rusiyanın Rostov vilayətindəki Şaxtı şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində bir nәfәr  ölüb.

Partlayış nәticәsindә xәsarәt alanların da olduğu bildirilir.

Bu məlumatı  Rusiya Fövqəladə Hallar Nazirliyindən veriblər. Nazirliyin məlumatında bildirilir ki, Şaxtı şəhərində bir binanın doqquzuncu mərtəbəsində qaz partlaması baş verib. Nəticədə səkkizinci və doqquzuncu mərtəbələrdə dörd mənzil dağılıb. Hadisә nәticәsindә ölәn vә yaralananların olduğu bildirilir.

Rostov vilayәtinin Valisi Vasiliy Qolubyev hadisә ilә bağlı ölkә prezidenti Vladimir Putinә mәlumat verib.

Qeyd edәk ki, 2018-ci ilin 31 dekabr tarixindә Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış nәticәsindә 39 nәfәr hәlak olmuşdu.



Әlaqәli Xәbәrlәr