Sudan prezidenti: ''Bizim güclü ordumuz var''

Sudanın  rәsmi SUNA agentliyinin yaydığı xәbәrә әsasәn, Ömәr әl-Bәşir ölkәnin Atbera şәhәrinә sәfәr edib.

1121869
Sudan prezidenti: ''Bizim güclü ordumuz var''

 

Sudan prezidenti Ömәr әl-Bәşir ordunun ölkәnin әldә etdiklәrini qoruya bilәcәk gücә malik olduğunu deyib.

Sudanın  rәsmi SUNA agentliyinin yaydığı xәbәrә әsasәn, Ömәr әl-Bәşir ölkәnin Atbera şәhәrinә sәfәr edib.

Şәhәrin şimal-şәrqindә keçirilәn festivalda çıxış edәn Ömәr әl-Bәşir bildirib ki, Sudan ordusu ölkәnin әldә etdiyini  qoruya bilәcәk gücә malikdir.

Sudan ordusunun sәbr edәn, müqavimәt göstәrәn vә düşmәnlәrinin planlarını pozan bir ordu olduğunu vurğulayan ölkә prezidenti deyib: ‘‘Biz müxtәlif proqramlarla Silahlı Qüvvәlәrimizin  gücünü artırmağa çalışırıq.  Silahlı Qüvvәlәrimizin tәlim proqramları ilә maaşlarına әhәmiyyәt veririk’’.

Qeyd edәk ki, Sudanda dekabrın 19-dan etibarәn әrzaq qiymәtlәrinin bahalaşması  sәbәbindәn etiraz aksiyaları keçirilir. Atbera vә Port Sudan şәhәrlәri başda olmaqla ölkәnin müxtәlif şәhәrlәrindә әrzaq qiymәtlәrinin bahalaşmasına reaksiya olaraq başlayan, sonra ölkә hakimiyyәtinә qarşı hiddәtә çevrilәn etiraz aksiyaları ölkәdә son illәrin әn güçlü etirazları sayılır.

Aksiyalar zamanı 19 nәfәrin hәlak olduğu, 400-dәn çox adamın da xәsarәt aldığı bildirilir. Polisin nümayişçilәrә sәrt müdaxilә etdiyi qeyd olunur.



Әlaqәli Xәbәrlәr