İngiltәrә Dәmәşqdәki sәfirliyi ilә bağlı yayılan iddiaları tәkzib edib

Bu barәdә İngiltәrәnin Suriya üzrә xüsusi nümayәndәsi Martin Lonqden (Martin Longden) mәlumat verib.

1122036
İngiltәrә Dәmәşqdәki sәfirliyi ilә bağlı yayılan iddiaları tәkzib edib

İngiltәrә Dәmәşqdәki sәfirliyinin yenidәn açıldığı ilә bağlı iddiaları tәkzib edib.

Bu barәdә İngiltәrәnin Suriya üzrә xüsusi nümayәndәsi Martin Lonqden (Martin Longden) mәlumat verib.

Şәxsi ‘‘Twitter’’ sәhifәsindәn açıqlama verәn Martin Lonqden Bәşәr Әsәd rejiminin Suriya xalqına etdiklәri sәbәbindәn legitimliyini itirdiyini bildirib.

‘‘Bu sәbәbdәn 2012-ci ildә İngiltәrәnin Dәmәşqdәki sәfirliyi fәaliyyәtini dayandırdı. Sәfirliyi  yenidәn açmağı planlaşdırmırıq’’,-deyә İngiltәrәnin Suriya üzrә xüsusi nümayәndәsi qeyd edib.

Bәzi media orqanlarının yaydığı xәbәrlәrdә ingiltәrәli diplomatların ölkәnin Dәmәşqdәki sәfirliyinә baş çәkdiyi vә İngiltәrәnin Suriyadakı sәfirliyini yenidәn fәaliyyәtә keçәcәyini iddia etmişdi.



Әlaqәli Xәbәrlәr