Nigeriyada hərbi təyyarə qəzaya uğrayıb

Nigeriyanın şimal-şərq ərazilərini Boko Haram terror təşkilatı silahlılarından təmizləmək məqsədiylə başladılan hava əməliyyatı zamanı bir qırıcı təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində 5 əsgər həyatını itirib.

1119106
Nigeriyada hərbi təyyarə qəzaya uğrayıb

Hava qüvvələri sözçüsü Ordu generalı Ibikunle Daramola mövzu ilə əlaqəli açıqlamasında Mi-35M tipli hərbi təyyarənin, Borna əyalətinin Damasaq bölgəsində Boko Haram terror təşkilatına istiqamətli əməliyyat zamanı qəzaya uğradığını bildirib. Qəzanın səbəbi haqqında məlumat verməyən ordu generalı hadisə nəticəsində ikisi pilot olmaqla 5 hərbçinin həyatını itirdiyini bildirib.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərində Nigeriyada ortaya çıxan Boko Haram terror təşkilatının törətdiyi hadisələrdə indiyə dək 20 mindən çox adam həyatını itirib. Təşkilat 2015-ci ildən bəridir ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerə hücumlar təşkil edir. Çad Gölü hövzəsində törətdiyi hadisələr nəticəsində ən az 2 min adam ölüb.



Әlaqәli Xәbәrlәr