Donald Tramp Suriya məsələsini qiymətləndirib

Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Tramp  separatçı terror təşkilatı YPG/PKK-nın  Suriyada İrana neft satmasından narahat olduqlarını deyib.

1118249
Donald Tramp Suriya məsələsini qiymətləndirib

Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Tramp  separatçı terror təşkilatı YPG/PKK-nın  Suriyada İrana neft satmasından narahat olduqlarını deyib.

Donald Tramp Nazirlәr Kabinetinin iclasında  ABŞ-ın Suriyadan çıxma  qərarını qiymәtlәndirib.

Amerikanın  ‘‘New York Times’’  qəzetinin özünün  ABŞ Müdafiə Nazirliyinə 4 ay ərzində Suriyadan çıxma ilә bağlı  göstəriş verdiyi ilə bağlı  iddiasına cavab verən Donald Tramp deyib: ‘‘Suriyadan çıxma mövzusunda yavaş və ya sürətli deyə bir şey demədim. Bəziləri 4 ay dediyimi deyir, bunu da demədim. Suriyadan müəyyən bir müddət ərzində çıxacağıq’’.

 Donald Tramp  ABŞ-ın terror təşkilatı YPG/PKK-ya verdiyi dəstək məsələsində də bunları bildirib: " Türkiyә onları sevmir, başqaları onları sevir. Onların İrana neft  satmaları xoşuma gəlmədi. Onlardan İrana neft satmamalarını istədik. Tərəfdaşlarımız kürdlər  İrana neft satır. Bundan məmnun deyilik. Buna görә narahatam. Yenә dә kürdləri qorumaq istəyirik, amma Suriyada qalmaq istəmirəm. Ora qum və ölümdür".


Etiketlәr: #Donald Tramp , #Suriya

Әlaqәli Xәbәrlәr