Nüvə sınaqlar zəlzələyə səbəb olur

Şimali Koreyanın 3 Sentyabr 2017-ci ildə yerin altında reallaşdırdığı nüvə sınağa görə hələ də bölgədə yeraltı təkanları davam edir. Bunu Cənubi Koreya irəli sürüb.

1117740
Nüvə sınaqlar zəlzələyə səbəb olur

Cənubi Koreya Meteorologiya Xidməti bu gün Şimali Koreyanın North Hamgyong şəhərində baş verən 2.8 bal gücündəki zəlzələyə 16 ay əvvəl həyata keçirilən nüvə sınağın səbəb olduğunu irəli sürüb.

Şimali Koreya 2017-ci ilin sentyabrında 6-cı nüvə sınağını reallaşdırmışdı. Yaponiya Müdafiə Nazirliyi isə həmin sınaq nəticəsində yaranan 160 kilotonluq enerjinin 6,3 bal gücündə zəlzələnin baş verməsinə gətirib çıxardığını bildirmişdi. Ekspertlər isə həmin partlayışın gücünün 1945-ci ildə Hiroşimaya atılan atom bombasından 10 dəfə yüksək olduğunu irəli sürmüşdülər.

Cənubi Koreyalı səlahiyyətlilərə görə bu gün qeydə alınan zəlzələnin ocağı 12 kilometr dərinlikdə, epsentrı isə nüvə sınaq mərkəzi Punggye-riyə 11 kilome məsafədədir.



Әlaqәli Xәbәrlәr