Nikolas Haysom “istənilməyən adam" elan edildi

BMT-nin Somali üzrə xüsusi nümayəndəsi Nikolas Haysom “istənilməyən adam” elan edildi. Qərara diplomatın daxili işlərə müdaxiləsi səbəb kimi göstərilir.

1117434
Nikolas Haysom “istənilməyən adam" elan edildi

Somali Xarici İşlər Nazirliyindən yayılan bəyanatda bildirilir ki, Haysomun ölkədəki araşdırmaları qəbul edilməzdir. O, BMT qaydalarını gözdən yayındıraraq ölkənin daxili işlərinə müdaxilə edir.

Haysom, keçən həftə Somalidə hökumətə yazdığı məktubda ölkənin Cənub-Qərb əyalətində keçirilən seçkilərdə namizəd olan Eş-Şəbabın keçmiş sözçüsü Muxtar Əbu Mansurun həbsi və Baidoa şəhərində təşkil edilən etiraz aksiyaları zamanı nümayişçilərə atəş edildiyinə dair məlumat tələb etmişdi.

Qeyd edək ki, Nicholas Haysom sentyabr 2018-də Baş katib Antonio Quterres tərəfindən Somali üzrə xüsusi nümayəndə təyin edilmişdi.



Әlaqәli Xәbәrlәr