Almaniyada irqçi hücumlar davam edir

Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinə bağlı Bottrop şəhərində immiqrantlara hücum təşkil edilib.

1117380
Almaniyada irqçi hücumlar davam edir

Bir irqçi  sürücünün avtomobilini immiqrantların üzərinə sürdüyü hadisədə 4 nəfər yaralanıb.

Ştat  üzrə  Daxili İşlər Naziri Herbert Reul açıqlamasında, hadisənin xaricilərə qarşı düşmənçilik olduğuna diqqət çəkib və ətraflı istintaq başladılmasına zərurət olduğunu vurğulayıb. Reulun məlumatına görə hadisə  törədən  cinayətkar 50 yaşlı Almaniyalı olub. Bildirilir ki, cinayətkar, Bottrop şəhərindəki Berlin Meydanında avtomobilini Suriya və Əfqanıstanlı miqrantların üzərinə sürüb. Hadisədə nəticəsində biri ağır olmaqla 4 nəfər yaralanıb.

Yerli mətbuatda əks edən xəbərlərə görə cinayətkar Essen şəhərində tutulub.



Әlaqәli Xәbәrlәr