Rumıniya dövri sədrliyi Avstriyadan təhvil aldı

Rumıniya Avropa İttifaqı (AB) Şurasına 6 aylıq dövrü sədrliyi Avstriyadan təhvil aldı.

1117081
Rumıniya dövri sədrliyi Avstriyadan təhvil aldı

 Rumıniya Avropa İttifaqı (AB) Şurasına 6 aylıq dövrü sədrliyi Avstriyadan təhvil aldı.

  Aİ Şurasına dövri sədrliyi 30 iyuna qədər ilk dəfə idarə edəcək Rumıniyanın qarşısında İngiltərənin ittifaqdan ayrılması (Brexit), Qərbi Balkanların Aİ-yə inteqrasiyası və Avropa Parlamenti seçkilərinin prioritet mövzuları yer alır. Rumıniyada miqrasiya, büdcə məsələsi, kənd təsərrüfatı, müdafiə və təhlükəsizlik siyasəti islahatları da diqqət mərkəzindədir.

  Rumıniyanın Baş naziri Viorika Dansila (Viorica Dancila) deyib:

  "Avropanın ortaq dəyəri olaraq bağlılıq" başlığı ilə Aİ dövri sədrliyini üzərinə götürən Rumıniya bir-birinə bağlı, etibarlı, ortaq dəyərlərə sahib və qlobal güçlü bir Avropa üçün çalışacaq.”

  Qeyd edək ki, Brexit və AP seçkiləri kimi böyük hadisələr Rumıniyanın sədrliyi dövründə reallaşacaq. İngiltərə üzvlərin Aİ-dən ayrılma prosesini tənzimləyən Lissabon müqaviləsinin 50-ci maddəsinə əsasən ittifaqdan 2019-cu ilin 29 martında ayrılacaq.

  Digər tərəfdən, Avropada təxminən 400 milyon seçici 23-26 may tarixləri arası AP seçkilərinə gedəcək.

  Rumıniyanın Sibiu şəhərində keçiriləcək iki zirvə toplantısının birincisi 30 martda, ikincisi 9 mayda olacaq.

  Bu il Türkiyə - Avropa İttifaqı əlaqələrinin də canlandırılması gözlənilir.

  2019-cu ilin ikinci yarısında Aİ-nin dövri sədrliyini Finlandiya Rumıniyadan təhvil alacaq.



Әlaqәli Xәbәrlәr