Sәudiyyә Әrәbistanının XİN rәhbәri Camal Xaşoqçi mәsәlәsi ilә bağlı açıqlama verdi

“Jurnalist Camal Xaşoqçinin ölümü böhrana deyil, Səudiyyə Ərəbistanında dəyişikliklərə sәbәb oldu”.

1115764
Sәudiyyә Әrәbistanının  XİN rәhbәri Camal Xaşoqçi mәsәlәsi ilә bağlı açıqlama verdi

“Jurnalist Camal Xaşoqçinin ölümü böhrana deyil, Səudiyyə Ərəbistanında dəyişikliklərə sәbәb oldu”.

Bu sözlәri  Səudiyyə Ərəbistanının yeni xarici işlər naziri İbrahim əl-Assaf  “Әl-Hurra” telekanalına açıqlamasında bildirib.

İbrahim əl-Assaf  jurnalist Camal Xasoqçi cinayәtindәn sonra ölkәsindә böhran deyil, dәyişikliklәrin  yaşandığını ifadә edib.

Qeyd edək ki, sәudiyyәli jurnalist Camal Xaşoqçi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb.

Sәudiyyә Әrәbistanı oktyabrın 20-dә Camal Xaşoqçinin konsulluq binasında baş verәn mübahisә zamanı öldüyünü açıqlamışdı.



Әlaqәli Xәbәrlәr