Pentaqon Münbiçlә bağlı açıqlama verdi

Amerika Birləşmiş Ştatlarının  rəhbərliyindəki terror tәşkilatı DEAŞ әleyhinә koalisiya qüvvәlәri  Əsəd rejiminə sadiq  qüvvələrin  Suriyanın  Münbiç  bölgәsinә daxil olduğu ilә bağlı yayılan xәbәrlәrin hәqiqәti әks etdirmәdiyini açıqlayıb.

1115731
Pentaqon Münbiçlә bağlı açıqlama verdi

Amerika Birləşmiş Ştatlarının  Müdafiə Nazirliyi (Pentaqon) və Amerika Birləşmiş Ştatlarının  rəhbərliyindəki terror tәşkilatı DEAŞ әleyhinә koalisiya qüvvәlәri  Əsəd rejiminə sadiq  qüvvələrin  Suriyanın  Münbiç  bölgәsinә daxil olduğu ilә bağlı yayılan xәbәrlәrin hәqiqәti әks etdirmәdiyini açıqlayıb.

Bu barәdә Amerika Birləşmiş Ştatlarının  rəhbərliyindəki DEAŞ әleyhinә koalisiya qüvvәlәrinin rәsmi internet sәhifәsindәn verilәn mәlumatda bildirilib.  

‘‘Əsəd rejiminə sadiq  qüvvələrin  Suriyanın  Münbiç  bölgәsinә daxil olduğu ilә bağlı yayılan әsassız iddialar  hәqiqәti әks etdirmir. Bütün tәrәflәrә Münbiçin bütövlüyü vә bölgә xalqının tәhlükәsizliyinә hörmәt etmәlәri ilә әlaqәdar çağırış edirik’’,-deyә mәlumatda qeyd olunub.

Digәr tәrәfdәn mövzu ilә bağlı açıqlama verәn bir Pentaqon rәsmisi Əsəd rejiminə sadiq  qüvvələrin  Suriyanın Münbiç  bölgәsinә daxil olduğu ilә bağlı yayılan xәbәrlәri tәkzib edib.

Pentaqon rәsmisi bildirib ki, başqa qüvvәlәrin keçirdiyi manevr haqqında mәlumat verilmәyәcәk.



Әlaqәli Xәbәrlәr