Rusiya Müdafiə Nazirliyi: "İsrailin hava hücumları iki sərnişin təyyarəsinə təhdid təşkil etmişdir"

Rusiya İsrailin srağa gün Dəməşq və Beyrut hava limanlarına sərnişin təyyarələri enən zaman Suriyada etdiyi hava hücumlarına reaksiya göstərdi.

1114099
Rusiya Müdafiə Nazirliyi: "İsrailin hava hücumları iki sərnişin təyyarəsinə təhdid təşkil etmişdir"

Rusiya İsrailin srağa gün Dəməşq və Beyrut hava limanlarına sərnişin təyyarələri enən zaman Suriyada etdiyi hava hücumlarına reaksiya göstərdi.

Rusiya Müdafiə Nazirliyi İsrailin hava hücumlarının Dəməşq və Beyrut hava limanlarına enən iki sərnişin təyyarəsi üçün təhdid olduğunu bildirdi.

Hava hücumlarının detalları barədə ictimaiyyətə məlumat verən Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov “İsrailə məxsus 6 ədəd F-16 döyüş təyyarəsi Livan hava məkanından Suriya torpaqlarına havadan hücum edərək, iki sərnişin təyyarəsi üçün təhdid təşkil etdi. Rusiyaya məxsus olmayan sərnəşin təyyarələri Beyrut və Dəməşq hava limanlarına eniş etdiyi zaman bu hava hücumu oldu” deyə qeyd edib.

İsrail ordusu dünən gecə yaydığı yazılı açıqlamada “Suriya tərəfindən atəşlənən anti-təyyarə raketləri hava müdafiə sistemimiz tərəfindən məhv edildi” deyə bildirib.

İsrail tərəfində hər hansı xəsarət və yaxud da can itkisinin olmadığı bildirilib, ancaq hadisə barədə təfərruatlı məlumat verilməyib.

Suriya rejiminə məxsus rəsmi xəbər agentliyi SANA isə, “ Hava müdafiə sistemlərimiz Dəməşqin qərb ərazilərində düşmən hədəflərinə cavab verdi” açıqlamasını yayıb.

İsrail sərnişin təyyarələrinin başlandığı 2011-ci ildən bəridir zaman-zaman Suriya və Qolan təpələrindən ərazilərinə raket atıldığını irəli sürərək, İranın dəstəklədiyi Hizbullah qüvvələrinə və rejimə məxsus hərbi məntəqələrə hücumlar edir.



Әlaqәli Xәbәrlәr