Pentaqon dəqiq məlumat verməkdən imtina etdi

ABŞ Müdafiə Nazirliyi terror təşkilatı YPG/PKK-ya verilən silahların geri alınması barədə dəqiq məlumat verməkdən imtina etdi.

1112336
Pentaqon dəqiq məlumat verməkdən imtina etdi

ABŞ Müdafiə Nazirliyi terror təşkilatı YPG/PKK-ya verilən silahların geri alınması barədə dəqiq məlumat verməkdən imtina etdi.

Pentaqonun sözçüsü mayor Sean Robertson Anadolu xəbər agentliyi müxbirinin Suriyada YPG/PKK-ya verilən silahların geri alınıb alınmayacağına dair sualına yaydığı yazılı açıqlama ilə cavab verib.

Açıqlamada bildirilib ki, SDF (YPG/PKK) bölgədə DEAŞ-a qarşı fəal bir tərəfdaşdır. SDF-yə verilən silahların məhdud, müəyyən vəzifələrə məxsus və DEAŞ-ı məğlub etmə hədəfinə çatmaq üçün mərhələli olaraq təmin ediləcəyi hər zaman açıq şəkildə dilə gətirildi.

İkinci dəfə verilən suala da dəqiq cavab verməkdən imtina edən və Pentaqonai özünün siyasəti əsasında davam edən əməliyyatlar barədə təfərruat verə bilməyəcəyini bildirən Roberson ABŞ hərbi hissələrinin təhlükəsiz və şüurlu şəkildə Suriyadan çıxarılması məsələsinin diqqət mərkəzlərində olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr