Navaz Şərif daha bir həbs cəzasına məhkum olundu

Pakistanın keçmiş Baş naziri Nəvaz Şərifə korrupsiya ilə bağlı məhkəmə istintaqı çərçivəsində yeddi il iş kəsilib.

1112725
Navaz Şərif daha bir həbs cəzasına məhkum olundu

 

Pakistanın keçmiş Baş naziri Nəvaz Şərifə korrupsiya ilə bağlı məhkəmə istintaqı çərçivəsində yeddi il iş kəsilib.

İslamabad Antikorrupsiya Məhkəməsində Əl Əziziyyə Polad Kombinatında və “Flagship İnvestment” şirkətində korrupsiya faktına dair ayrıca iki proses keçirilib.

Birinci məsələ ilə bağlı sabiq hökumət başçısı 7 il müddətinə azadlıqdan məhrum edilməklə 2,5 milyon ABŞ dolları məbləğində cərimə olunub, ikinci məsələ ilə bağlı isə bəraət alıb.

Xatırladaq ki, bu il iyulun 6-da N.Şərif korrupsiyaya dair daha bir cinayət işi üzrə 10 il həbs cəzasına və 8 milyon dollarlıq cəriməyə məhkum olunmuşdu.

Maliyyə Məsuliyyəti üzrə Məhkəmə iyul ayında Şərifin qızı Məryəm və kürəkəni Məhəmməd Safdar Avanı korrupsiyaya görə məhkum etmişdi.



Әlaqәli Xәbәrlәr