İsrail-Suriya sərhədində gərginlik

İsrail ordusu Suriya tərəfindən işğal edilən  Qolan təpələrinə sızmağa cəhd edən silahlı qrupa  əsgərlər tərəfindən atəş edildiyini bildirib.

1112789
İsrail-Suriya sərhədində gərginlik

İsrail ordusu Suriya tərəfindən işğal edilən  Qolan təpələrinə sızmağa cəhd edən silahlı qrupa  əsgərlər tərəfindən atəş edildiyini bildirib.

İsrail ordusunun bununla bağlı açıqlamasında bildirilib ki, Qolan təpələrindəki Suriya sərhəd hasarının yaxınlığında İsrail tərəfinə sızmağa cəhd göstərən şübhəli qrup silahlı şəxsə atəş edilmişdir.

Açıqlamada  İsrail tərəfinə sızmağa cəhd edən qrupda neçə nəfərin olduğuna və açılan atəş nəticəsində ölən yaxur yaralanan olub olmadığına dair məlumat yer tutmayıb. Bildirilib ki, İsrail ordusu ölkənin suverenliyinin tapdalanması qarşısında istənilən addımı atmağa davam edəcəkdir.

Qeyd edək ki, İsrail Suriyaya məxsus Qolan təpələrini 1967-ci ildən bəridir işğal altında saxlayır.

İsrail həmçinin vətəndaş müharibəsinin başlandığı 2011-ci ildən bəridir zaman-zaman Suriya və Qolan təpələrindən ərazilərinə raket atıldığını irəli sürərək, İranın dəstəklədiyi Hizbullah qüvvələrinə və rejimə məxsus hərbi məntəqələrə hücumlar edir.



Әlaqәli Xәbәrlәr