Yәmәn ordusu Husilәrә ağır zәrbәlәr endirib

Yәmәnin Dali şәhәrindә Husilәr vә Yәmәn ordusu arasında baş verәn qarşısurmalar nәticәsindә 18 nәfәr ölüb, 12 nәfәr dә xәsarәt alıb.

1111657
Yәmәn ordusu Husilәrә ağır zәrbәlәr endirib

 

Yәmәnin Dali şәhәrindә Husilәr vә Yәmәn ordusu arasında baş verәn qarşısurmalar nәticәsindә 18 nәfәr ölüb, 12 nәfәr dә xәsarәt alıb.

Yәmәn ordusuna aid  ‘‘September Nat’’ internet saytının yaydığı mәlumata әsasәn, Husilәr ordunun Demt qәsәbәsindәki hәrbi bölmәsinә sızmağa çalışıb.

Mәlumata görә, qarşıdurma nәticәsindә Husilәrin 18 üzvü öldürülüb, 12-si dә yaralanıb.

Hadisәdәn sonra Husilәrin bölgәdәn uzaqlaşdıqları bildirilib.

Dali şәhәrinin yeddi rayonu hökumәtin nәzarәtindә olsa da, Demt vә Cuben bölgәlәri Husilәrin nәzarәtindәdir.

Noyabr ayında Demt vә Cuben rayonlarını terrorçulardan azad etmәk üçün әmәliyyat keçirәn Yәmәn ordusu  bәzi strateji nöqtәlәri nәzarәtinә keçirmişdi.

Qeyd edәk ki, bölgәdә ordu ilә Husilәr arasında vaxtaşırı qarşıdurmalar yaşanır.



Әlaqәli Xәbәrlәr