ABŞ Yaxın Şәrqlә bağlı yeni sülh planı hazırlayıb

BMT Tәhlükәsizlik Şurasına son dәfә müraciәt edәn Nikki Haley İsrail-Fәlәstin probleminin müzakirә olunduğu sessiyada yenә BMT-ni İsrailә qarşı qәrәzli olmaqda ittiham etdi.

1109641
ABŞ Yaxın Şәrqlә bağlı yeni sülh planı hazırlayıb

Amerika Birlәşmiş Ştatlarının Birlәşmiş Millәtlәr Tәşkilatındakı daimi nümayәndәsi Nikki Haley ölkәsinin Yaxın Şәrqlә bağlı yeni sülh planına dair: ‘‘ Plan әvvәlki sazişlәrdәn fәrqli olaraq  daha uzun vә daha incә detalları ehtiva edir’’ dedi.

BMT Tәhlükәsizlik Şurasına son dәfә müraciәt edәn Nikki Haley İsrail-Fәlәstin probleminin müzakirә olunduğu sessiyada yenә BMT-ni İsrailә qarşı qәrәzli olmaqda ittiham etdi.

Nikki Haley bu qәrәzli yanaşmanın  sülhә deyil sonu olmayan bir yola gәtirib çıxardığını söylәdi.

“Artıq bir həqiqəti qəbul etməliyik ki,  sülh sazişindən hər iki tərəf qazanar. Lakin Fələstin tərəfi daha çox qazanar. İsrail isə daha çox riskə gedir. Məhz bunu düşünərkən ABŞ administrasiyası israillilərlə fələstinlilər arasında sülhün әldә olunması üçün  plan hazırladı. Bu, yalnız  ümumi müddəalardan ibarət bir neçə səhifəlik yazı deyil,  daha ətraflı və böyük bir plandır, bununla da əvvəlkilərdən fərqlənir”, - deyə  ABŞ-ın BMT-dәki daimi nümayәndәsi vurğulayıb.

Donald Trumpın Yaxın Şərqlә bağlı  planında hәrkәs  tərəfindən qәbul edilә bilәcәk  müddəalar olduğu kimi xoş qarşılanmayacaq müddəaların  da olacağını ifadə edən  Nikki Haley  yekun qərarın yalnız İsrail və fələstinlilәr  tərəfindən veriləcәyini sözlərinə əlavə etdi.



Әlaqәli Xәbәrlәr