Sudan beynəlxalq sülh ilə təhlükəsizliyin təmin edilməsinə hazır olduğunu bildirdi

Sudan prezidenti Ömər əl-Bəşir ölkəsinin beynəlxalq sülh ilə təhlükəsizliyin təmin edilməsinə və Ərəb milli təhlükəsizliyinin güclənməsinə öz töhfəsini vermək üçün əlindən gələn səyi göstərməyə hər zaman hazır olduğunu bildirib.

1109321

 Bəşir paytaxt Xartumda keçirilən 30-cu Milli Müdafiə və 18-ci Yüksək Döyüş Təlimi məzuniyyət mərasimində etdiyi çıxışda Sudanın Yəməndəki Ərəb koalisiyasına qoşulmasının da bu səylər çərçivəsində olduğunu söyləyib.

“Yəmən xalqının çətinliklərini aradan qaldıran, sülh və sabitliyin yaranmasını təmin edən bütün sülhməramlı siyasi həll təşəbbüsünə dəstəyimizi bildiririk”-deyə Sudan prezidenti vurğulayıb.

 Çıxışında daxili siyasəti də qiymətləndirən Beşir ölkənin qarşı-qarşıya olduğu iqtisadi şərtlər istisna olmaqla inkişaf yolunda irəliləyişin və strateji layihələrin davam etdiyini dilə gətirib.

 Sudan prezidenti Bəşir bazar günü bir neçə saat üçün Suriyanın paytaxtı Dəməşqə planlaşdırılmayan səfər reallaşdıraraq, Suriya rejimi lideri Bəşər Əsəd ilə bir araya gəlmişdi.

 Bəşirin qısa Dəməşq səfəri və Əsədlə görüşü regionda "sürpriz" olaraq qarşılanarkən, diplomatik müşahidəçilər Bəşirin təxminən 8 ildir ölkəyə səfər edən ilk ərəb lideri olduğuna diqqəti çəkir.

Әlaqәli Xәbәrlәr