Kanada Səudiyyə Ərəbistanı ilə bağlanan silah müqaviləsini ləğv etmək üçün yollar axtarır

Kanada Baş naziri  Castin Trüdo (Justin Trudeau) Səudiyyə Ərəbistanı ilə bağladıqları 13 milyard dollarlıq silah müqaviləsini ləğv etmək üçün çıxış yolu axtardıqlarını bildirdi.

1109059
Kanada Səudiyyə Ərəbistanı ilə bağlanan silah müqaviləsini ləğv etmək üçün yollar axtarır

Kanada Baş naziri  Castin Trüdo (Justin Trudeau) Səudiyyə Ərəbistanı ilə bağladıqları 13 milyard dollarlıq silah müqaviləsini ləğv etmək üçün çıxış yolu axtardıqlarını bildirdi.

Silah müqaviləsinin müddəalarının müqaviləni ləğv edən, və ya hökmləri pozan tərəfə ağır öhdəliklər gətirdiyini xatırladan Trüdo CTV-yə verdiyi müsahibədə: "Bu vasitələri Səudiyyə Ərəbistanına ixrac etməməyin yolunu axtarırıq" dedi.

 Səudiyyə jurnalisti Camal Xaşoqçinin öldürülməsindən sonra gündəmə gələn silah müqaviləsi ilə bağlı oktyabrın 23-də açıqlama verən Trüdo bu müqaviləni dondura biləcəklərini bildirmişdi, lakin bu günə qədər bu istiqamətdə bir addım belə atılmamıştı.

 Müqaviləyə əsasən, Kanada müqaviləni ləğv edərsə, Səudiyyə Ərəbistanına 1 milyard dollar təzminat ödəməlidir. Kanada  hökuməti bunu ödəməməyin yollarını axtarır.

 Trüdo hökuməti Səudiyyə Ərəbistanına silah satışı məsələsinə görə federal parlament və ölkədəki müxalif qruplar tərəfindən tənqid edilir.

 2014-ci ildə, Kanadanın sabiq Baş naziri Stefan Cozef Harperin (Stephen Joseph Harper) zamanında Ontario ştatında qurulmuş "General Dynamics Land Systems"in (GDLS) istehsal etdiyi LAV tipi hərbi vasitələri almaq istəyən Səudiyyə Ərəbistanı ilə Kanada arasında 928 vasitəlik bir satınalma müqaviləsi bağlanmışdı. Lakin bu hərbi vasitələrin satışı  2015-ci ildə hakimiyyətə gələn Castin Trüdo hökuməti tərəfindən təxirə salınmışdı.

 Kanada ictimaiyyətində uzun müddət mübahisələrə səbəb olan satış dövrün Xarici İşlər naziri Stefan Dionun (Stephen Dio) təşəbbüsləri ilə təsdiq edilmiş və həyata keçirilmişdi.

Kanada müqaviləyə əsasən, Səudiyyə Ərəbistanına 928 LAV-6 modelini "yüngül silahlı vasitəsi" kimi satıb. Bunlardan yalnız 354-i standart hərbi personal daşıyıcısı, 119 ədədi ağır hücum tipli LAV-6 kimi istehsal olunub.

 



Әlaqәli Xәbәrlәr