Hәr il mindәn çox Şimali Koreya vәtәndaşı Cәnubi Koreyaya pәnah gәtirir

Bu barәdә Cənubi Koreyanın  Birləşmə Nazirliyi mәlumat verib.

1109202
Hәr il mindәn çox Şimali Koreya vәtәndaşı Cәnubi Koreyaya pәnah gәtirir

Cənubi Koreyanın  Birləşmə Nazirliyi bu ilin  yanvar-noyabr aylarında  mindən çox Şimal Koreya vәtәndaşının  ölkəlәrinә  pənah gətirdiyini bildirib.

Yonhop agentliyinin Birlәşmә Nazirliyinin mәlumatına istinadәn yaydığı xәbәrdә  yanvar-noyabr aylarında 1042 Şimali Koreya vәtәndaşının Cәnubi Koreyaya pәnah gәtirdiyi bildirilib.

Birlәşmә Nazirliyinin mәlumatına әsasәn, Cәnubi Koreyada yaşayan Şimali Koreya vәtәndaşlarının sayı 32 min 381 nәfәrә çatıb.

Nazirlik rәsmilәrinin jurnalistlәrә verdiyi mәlumatda deyilir: ‘‘ Şimali Koreya lideri Kim Çen vәzifәsinin icrasına başladıqdan sonra hәr il tәxminәn 1500 Şimali Koreya vәtәndaşı Cәnubi Koreyaya pәnah gәtirir’’.

Mәlumatda keçәn il Cәnubi Koreyaya 1045 Şimali Koreya vәtәndaşının pәnah gәtirdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr