Qlobal istiləşmə ilə mübarizədə əhəmiyyətli addım atıldı

2015-ci ildə Paris İqlim Sazişinin həyata keçirilməsinə dair öhdəlik qoyulub.

1107708
Qlobal istiləşmə ilə mübarizədə əhəmiyyətli addım atıldı

  Polşanın Katoviç (Katowice) şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 24-cü İqlim Konfransı başa çatdı.

  200-dən çox ölkə nümayəndələrinin iştirakı ilə keçən 2 həftəlik çıxışlar axırda ümumi bəyanatla sonlanıb. Bəyanatda "Qlobal istiləşmə ilə mübarizədə əhəmiyyətli addım atıldı, karbon emissiyalarının azaldılması ilə bağlı razılaşma əldə olundu" yazılır.  

  Qeyd edək ki, 2015-ci ildə Paris İqlim Sazişinin həyata keçirilməsinə dair öhdəlik qoyulub. Paris Konvensiyasının məqsədi iqlim dəyişikliyinə qarşı sosial-iqtisadi gücü artırmaq, qlobal temperaturun 2 dərəcə selsi səviyyəsindən aşağı düşməsinə çalışmaqdır. Bu məqsədə nail olmaq üçün neft və kömür kimi qazma yanacaqlarının istifadəsi getdikcə azaldılmalı və bərpa olunan enerjinin istifadəsi təşviq edilməlidir.



Әlaqәli Xәbәrlәr