Aİ Rusiyaya tətbiq etdiyi sanksiyaları 6 ay da uzadır

Avropa İttifaqı  Ukraynaya qarşı destabilizasiya siyasəti yürütməsi səbəbindən Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini 6 ay da uzatmaq barəsində qərar qəbul etdi.

1106618
Aİ Rusiyaya tətbiq etdiyi sanksiyaları 6 ay da uzadır

Avropa Şurasının sədri Donald Tusk ötən gün axşam Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqı Liderlər toplantısınd  Aİ-nin  Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyaların 8-ci dəfə uzadılması barədə qərar qəbul olunduğunu açıqladı.
 
 Tusk "Twitter" vasitəsilə bölüşdüyü açıqlamada: " Minsk müqaviləsinin həyata keçirilməsində heç bir irəliləyiş nümayiş etdirməyən Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılması qərarı yekdilliklə qəbul olundu" ifadəsini işlətdi.
 
 Xatırladaq ki, Rusiya 18 mart 2014-cü ildə Krım Muxtar Respublikanı və Sevastopol şəhərini qeyri-qanuni olaraq ilhaq edib.
 
 Krımın Rusiya tərəfindən ilhaq edilməsi və Ukraynanın şərqində çıxan hadisələrdən sonra Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları və  bəzi başqa ölkələr Rusiyaya iqtisadi sanksiyalar tətbiq edirlər.
 
 Aİ Rusiyaya qarşı iqtisadi sanksiyalar qərarını ilk dəfə 2014-ci ildə qəbul edib.
 
 Uzadılan iqtisadi sanksiyalara əsasən, Aİ üzvü olan 28 ölkə Rusiyaya silah satmır, eyni zamanda, Rusiyanın neft və qaz sektorlarında istifadə olunan bəzi texnologiyaları Aİ ölkələrindən alması məhdudlaşdırılır.
 
Sanksiyalar nəticəsində Rusiyanın dövlət bankları Avropa maliyyə sektorundan da uzaqlaşdırıb.
 
 Xüsusilə, ticarət və sərmayələrə qarşı məhdudiyyətləri əhatə edən sanksiyalar hər 6 ayda bir uzadılır. Mövcud sanksiyaların müddəti 31 yanvar 2019-cu ildə başa çatırdı.
 
 Bir sıra Rusiya və Krım separatçı rəhbərliyinin  yüksək vəzifəli şəxslərinə də Aİ-nin əmlakı dondurma və səyahət qadağasından ibarət əlavə sanksiyaları tətbiq olunur.



Әlaqәli Xәbәrlәr