Yaponiya Cənubi Koreyaya xəbərdarlıq etdi

Cənubi Koreya donanması Yapon dənizinin mübahisəli adalarında hərbi manevrə başladı.

1106213
Yaponiya Cənubi Koreyaya xəbərdarlıq etdi

  "Kyodo"nun xəbərinə görə, Cənubi Koreyanın Dokdo, Yaponiyanın isə Takeşima adlandırdığı və haqq tələb etdiyi mübahisəli adalarda başlanılan hərbi təlim 2 gün davam edəcək. Təlimə 6 döyüş gəmisi və 5 təyyarənin qatıldığı bildirilir.

  Yaponiya Xarici İşlər Nazirliyi Cənubi Koreyanın adalar üzərində başladığı manevrə reaksiya verərək rəsmi Seuldan təlimə dərhal son qoymasını tələb edib.



Әlaqәli Xәbәrlәr