İspaniyada minimum əmək haqqı 22% artıralacaq

İspaniyanın Baş naziri Pedro Sançes  (Pedro Sanchez) minimum əmək haqqının 22% artıralaraq 900 avroya çıxarılacağını bildirdi.

1105534
İspaniyada minimum əmək haqqı 22% artıralacaq

İspaniyanın Baş naziri Pedro parlamentdə keçirilən "müxalifətin sualları" iclasında minimum maaşda 1977-ci ildən bu yana ən yüksək artımın olacağını bildirdi.
 
 Nazirlər Kabinetinin dekabrın 21-də Barselona şəhərində toplanacağını qeyd edən Sançes minimum əmək haqqının 900 avroya çıxarılmasını nəzərdə tutan qərarın burada qəbul olunacağını açıqladı.
 
Baş nazir: " Zəngin bir ölkənin kasıb fəhlələri ola bilməz" dedi.
 
 İspaniyada 2008-2016-cı illər arasında minimum maaş çox az artırılmışdı. Bu 8 illik periodda minimum əmək haqqı 600 avrodan 655 avroya çıxarılmışdı.
 
 Ölkədə minimum əmək haqqı 2017-ci ildə 707 avro, 2018-ci ildə isə də 735 avro olaraq müəyyən edilmişdi.
 
 İspaniyada iyundan bu yana azlıq hökuməti olaraq hakimiyyətdə olan Sosialist Fəhlə Partiyasına (PSOE) kənardan dəstək verən sistem əleyhinə sol görüşlü "Podemos" partiyası minimum əmək haqqının artırılması şərtini qoymuşdu.
 
 PSOE lideri və Baş nazir Sançes ilə "Podemos" lideri Pablo İqlezias (Pablo İglesias) oktyabr ayında keçirdikləri iclasda minimum əmək haqqını 900 avroya çıxarmaq barəsində qərar qəbul etdiklərini açıqlamışdılar.
 
 Minimum əmək haqqı artımının başda gənclər və qadınlar olmaqla, 1,6 insanın büdcəsinə müsbət təsir etməsi gözlənilir.
 
 Qeyd edək ki, Fransada prezident Emmanuel Makron ölkədə xaosa səbəb olan "sarı jiletlilərin" aksiyalarından sonra mövcud vəziyyətdə 1498 avro olan minimum maaşın yanvar ayından etibarən 100 avro artırılması barədə qərar qəbul edib. 



Әlaqәli Xәbәrlәr