"30 gün içində onlardan bir nəfər də qalmayacaq", D.Tramp

Ağ Evdə keçirilən, İraq və Suriyadakı azlıqların qorunması və bu amillərə dəstək verilməsini nəzərdə tutan qanun layihəsinin imzalanması mərasimində çıxış edən D.Tramp deyib...

1105089
"30 gün içində onlardan bir nəfər də qalmayacaq", D.Tramp

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ölkəsinin terror təşkilatı DAEŞ-ə qarşı çox uğurlu mücadilə verdiyini söyləyib.

  Ağ Evdə keçirilən, İraq və Suriyadakı azlıqların qorunması və bu amillərə dəstək verilməsini nəzərdə tutan qanun layihəsinin imzalanması mərasimində çıxış edən D.Tramp terror təşkilatı DAEŞ-lə bağlı diqqətçəkən ifadələr işlədərək deyib:

  “Terror təşkilatı DAEŞ bölgə xalqlarına zülmlər edib. Biz onlara qarşı çox böyük mübarizə aparmışıq. Artıq sayları lap az qaldı və qarşıdakı 30 gün içində terror təşkilatı DAEŞ-dən bir nəfər də qalmayacaq.

  Ziyan çəkən dini və etnik azlıqlara da ABŞ dəstək olmaqda davam edəcək.”



Әlaqәli Xәbәrlәr