Sudanda təyyarə qəzası, dövlət rəsmiləri həyatını itirdi

Sudanın şərqində hökumət və polis  rəsmilərini daşıyan təyyarə qəzaya uğrayıb.

1103682
Sudanda təyyarə qəzası, dövlət rəsmiləri həyatını itirdi

Sudan Xəbər Agentliyinin xəbərinə görə, qəza ölkənin Şimal-şərqində yerləşən Qadarif ştatında baş verib. Qəza nəticəsində təyyarədəki Qadarif icra hakimiyyət başçısı Mirqani Saleh, bir nazir və 5 yüksək yeviyyəli polis həyatını itirib.

Qadarif valisinin Efiopiya sərhədində yerləşən Qalabat bölgəsinə səyahəti  zamanı   baş  verən  qəzanın  səbəbinə  dair  milumat  yayılmayıb.



Әlaqәli Xәbәrlәr