İsrail Ramallah və Əl-Bire şəhərlərinin giriş məntəqələrini bağladı

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində yerləşən Ramallah və Əl-Bire şəhərlərinin giriş məntəqələrini bağlayıb, bəzi yaşayış məntəqələrinə isə basqın edib.

1103659

İsrail qüvvələri dünən axşam radələrində İordan çayının qərb sahilindəki Ofra yəhudi yaşayış məntəqəsi yaxınlığında dayanacaqda gözləyənlərin üzərinə atəş edilməsi nəticəsində 6 israillinin yaralanmasından sonra Ramallah və Əl-Bireyə giriş məntəqəsini bağlayıb.

Şahidlər də əsgərlərin Ramallahın şərqindəki Ayn Yebrud, Ebu Fellah və Silvad yaşayış məntəqələrinə basqın etdiyini, xeyli evdə axtarış fəaliyyətləri apardığını və bölgədəki təhlükəsizlik kaməralarını müsadirə etdiyini bildiriblər.

İsrail əsgərləri həmçinin Silvad yaşayış məntəqəsinə edilən basqına etiraz edən fələstinlilərə plastik və həqiqi güllələrlə müdaxilə edib.

Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahilində dayanacaqda gözləyənlərin üzərinə hərəkət halındakı avtomobildən atəş edilməsi ni-əticəsində biri ağır olmaqla 6 israilli yaralanmışdı.

Avtomobilin hücumdan sonra hadisə yerindən qaçdığı bildirilib.

Әlaqәli Xәbәrlәr