Almaniyada Xristian Demokrat Birlik Partiyasının yeni sədri bu gün məlum olacaq

Almaniya kansleri və Xristian Demokrat Birlik Partiyasının (CDU) sədri  Angela Merkelin partiya liderliyinə yenidən namizəd olmayacağını açıqlamasından sonra onun yerinə keçəcək  şəxsin adı bu gün məlum olacaq.

1102180
Almaniyada Xristian Demokrat Birlik Partiyasının yeni sədri bu gün məlum olacaq

Xristian Demokrat Birlik Partiyasının (CDU) Hamburqda keçiriləcək 31-ci qurultayında sədrlik vəzifəsi üçün baş katib Annegret Kramp-Karrenbauer, sabiq deputat Friedrich Merz və Səhiyyə naziri Jens Spahn yarışacaqlar.

  Qurultayda 1001 nümayəndə CDU-niun sədrini seçəcək.

  56 yaşlı  Annegret Kramp-Karrenbauer partiyanın sədri seçilərsə, kansler Merkelin siyasətini davam etdirəcək.

 Merkelin istəyi ilə Saarland əyalətinin baş naziri vəzifəsini buraxaraq, fevral ayında CDU-nun baş katibi seçilən Kramp-Karrenbauer partiyasından  ciddi dəstək alır. "Mini Merkel" olaraq da adlandırılan Kramp-Karrenbauer Merkelin miqrasiya siyasətini müdafiə edir.

 Partiya sədri vəzifəsi üçün namizədliyini irəli sürən digər güclü sima isə Friedrich Merzdir. Merz partiyada çəkisi olan Federal Məclis sədri və sabiq Maliyyə naziri Volfqanq Schaeuble tərəfindən dəstəklənir.

  Merkelin siyasətlərini tənqid edən və partiyanın sağ qanadının  "ümid" olaraq səciyyələndirdiyi 62 yaşlı Merz miqrasiya məsələsində daha sərt siyasət yürüdəcəyini və ultra sağçı Almaniya üçün Alternativ  Partiyasının (AFD) yüksəlişinin qarşısını alacağını vəd edir.

  Partiyadaxili müxalifətin öndə gələn simalarından olan 38 yaşlı Jens Spahnın isə sədr seçilmə ehtimalı yüksək deyil.

  Almaniyada 7 aydır Səhiyyə naziri vəzifəsini icra edən və namizədlərdən ən gənci olan Spahn Merkelin miqrasiya siyasətini tənqid etmiş və bir zamanlar partiyadakı gənclər tərəfindən dəstəklənmişdi.

Qurultayda partiyanın başqa üzvlərinin də namizəd göstərilmə ehtimalı var.

CDU sədrliyi üçün namizəd olmaq istəyən iş adamı 62 yaşlı Andreas Ritzenhoff Alman Xəbər Agentliyi DPA-ya verdiyi müsahibədə ən azı bir nümayəndənin özünü namizəd göstərəcəyindən ümidvar olduğunu bildirdi. Ritzenhoff  nümayəndələrlə bu məsələ ətrafında  fikir mübadiləsi apardığını qeyd etdi.

  31-ci CDU Qurultayında partiyanın sədri seçiləcək şəxsin növbəti seçkilərdə partiyanın kanslerliyə namizədi olacağı gözlənilir.

  Qeyd edək ki, Merkel oktyabr ayının sonunda partiya liderliyinə yenidən namizəd olmayacağını və bu qanunvericilik ilinin sonuna qədər kansler vəzifəsini davam etdirəcəyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr