Lavrov:"NATO-nun saymazyana tərzdə genişlənməsi Avro-Atlantik zonasında etimad böhranına səbəb oldu"

Rusiya Xarici İşlər naziri Sergey Lavrov  Amerika Birləşmiş Ştatlarının Avropada raket əleyhinə müdafiə sistemi yerləşdirilməsi və NATO-nun şərqə yayılmasının Avro-Atlantik zonasında etimad böhranına səbəb olduğunu bildirdi.

1101941
Lavrov:"NATO-nun saymazyana tərzdə genişlənməsi Avro-Atlantik zonasında etimad böhranına səbəb oldu"

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının İtaliyanın Milan şəhərində keçirilən  25-ci Nazirlər Şurası Toplantısında çıxış edərək, NATO-nun şərq sərhədlərindəki fəaliyyətlərini tənqid etdi.
 
 Lavrov: "NATO-nun saymazyana tərzdə genişlənməsi, İttifaqın şərq qanadı adlandırılan region üzərindəki potensialını artırması, ABŞ-ın raket əleyhinə müdafiə sistemini Avropada yerləşdirməsi, uydurulmuş bəhanələrlə qeyri-qanuni sanksiyaların tətbiq olunması Avro-Atlantik zonasında etimad böhranına səbəb oldu" ifadəsini işlətdi.
 
 Kiyev rəhbərliyinin Qərb tərəfindən qorunduğunu qeyd edən Rusiya Xarici İşlər naziri bunları söylədi: "Kiyev rejiminin onu əfv edən və hətta haqlı çıxaran Qərb himayədarlarından tam bir toxunulmazlıq alması təəccüblüdür. Ukrayna Silahlı Qüvvələrinin Donbasdakı təmas xəttində aktiv hərbi hazırlıqları və Ukrayna Hərbi Dəniz Qüvvələrinin Qara dənizdəki təxribatları üçün də eyni şeyləri demək olar".



Әlaqәli Xәbәrlәr