ABŞ Türkiyə vasitəsilə Qara dənizə döyüş gəmiləri göndərməyə hazırlaşır

Amerika Birləşmiş Ştatları Rusiya ilə Ukrayna arasındakı gərginliklə əlaqədar Qara dənizə döyüş gəmiləri sövqetməyə hazırlaşdığını bildirib.

1101333
ABŞ Türkiyə vasitəsilə Qara dənizə döyüş gəmiləri göndərməyə hazırlaşır

  Amerika Birləşmiş Ştatları Rusiya ilə Ukrayna arasındakı gərginliklə əlaqədar Qara dənizə döyüş gəmiləri sövqetmə hazırlığı gördüyünü bildirib.

  Amerikanın CNN televiziyasının Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) üç nümayəndəliyinə əsasən yaydığı xəbərdə bu addımların Ukrayna ilə Rusiya arasında Azov dənizindəki böhrana cavab olaraq atılacağı yazılıb.

  Xəbərdə həmçinin Pentaqonun ABŞ Dövlət Departamentindən Montrö Boğazlar Müqaviləsi çərçivəsində Türkiyədən boğazlardan Qara dənizə döyüş gəmilərinin keçidi üçün icazə istədiyi də bildirilib.

  Mövzu ilə bağlı Anadolu Agentliyinə (AA) açıqlamasında Pentaqon sözçülərindən olan Erik Pahon (Eric Pahon) deyib:

  “Amerika döyüş gəmilərinin sövqü və yerləri barədə hər hansı məlumat verə bilməyəcəyik. ABŞ Montrö Konvensiyası çərçivəsindəki öhdəliklərinə tamamilə bağlıdır. Xüsusi diplomatik danışıqların da məzmununu hələlik açıqlamırıq".

  Qeyd edək ki, ABŞ hər il onlarla dəfə Montrö Konvensiyası çərçivəsində Türkiyədən keçid istəsə də, bunlardan yalnız bir neçəsinə icazə verilib.

  Qara dəniz ABŞ-ın Avropa Komandanlığı (EUCOM) və 6-cı donanmasının xidmət bölgəsində yer alır.

  1936-cı ildə imzalanan Montrö Boğazlar Konvensiyasına görə, Qara dənizə sahili olmayan ölkələr Çanaqqala və İstanbul boğazlarından hərbi gəmilərin keçidilə bağlı Türkiyədən 15 gün əvvəlcədən icazə istəməlidir.



Әlaqәli Xәbәrlәr