Sumatra ştatında torpaq sürüşməsi: ölənlər var

İndoneziyanın Şimali Sumatra əyalətində güclü yağışların günlərlə davam etməsi nəticəsində torpaq sürüşməsi baş verib. Fəlakət nəticəsində 7 nəfər ölüb, 9-u yaralanıb.

1099182
Sumatra ştatında torpaq sürüşməsi: ölənlər var

Bu barədə "Kompas" qəzeti məlumat yayıb. Bildirib ki, Şimali Sumatra əyalətinin Karo bölgəsindəki bir turizm mərkəzində, 16 tələbənin qaldığı bina torpağın altında qalıb. Fəlakətdən sonra başladılan xilasetmə fəaliyyətləri nəticəsində tələbələrdən 9-u yaralı olaraq xilas edilərkən, 7-si həyatını itirib.



Әlaqәli Xәbәrlәr