Səudiyyə Ərəbistanı Rusiyaya sərmayələrini artıracaq

Rusiya Birbaşa İnvestisiya Fondunun sədri Kiril Dmitriyev  Rusiya və Səudiyyə Ərəbistanının birgə fondu vasitəsilə 2019-cu ildə Rusiyaya 2 milyard dollar əlavə sərmayə qoyulmasının planlaşdırıldığını bildirdi.

1099103
Səudiyyə Ərəbistanı Rusiyaya sərmayələrini artıracaq

  Rusiya Birbaşa İnvestisiya Fondunun sədri Kiril Dmitriyev Böyük İyirmilərin Argentinada keçirilən sammiti çərçivəsində jurnalistlərə verdiyi açıqlamada Səudiyyə Ərəistanının Rusyaya olan sərmayələrinin artacağını bildirdi.
 
 Rusiya prezidenti Vladimir Putin ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın G20 çərçivəsində görüşdüklərini xatırladan Dmitriyev: "Bu görüşdə Səudiyyə Ərəbistanının Rusiyadakı sərmayələrinin əhəmiyyətli bir həddə çatdığı təsdiq edildi" dedi.
 
 Gələn il Rusiya iqtisadiyyatına əlavə sərmayələr qoyulmasının nəzərdə tutulduğunu qeyd edən Dmitriyev: "Rusya və Səudiyyə Ərəbistanının birgə fondu vasitəsilə Rusiyadakı infrastruktur layihələrinə 2019-cu ildə 2 milyard dollar əlavə sərmayə qoyulması planlaşdırılır" deyə danışdı.



Әlaqәli Xәbәrlәr