Cәnubi Koreya vә ABŞ prezidentlәri G-20 Sammitində görüşdülər

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

1098496
Cәnubi Koreya vә ABŞ prezidentlәri G-20 Sammitində görüşdülər

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp  Cənubi Koreya lideri  Mun Ceyn (Moon Jae-in)  və Avstraliya Baş naziri Skot Morisonla (Skott Morrison)  ayrı-ayrılıqda görüşüb.

Ağ Evin mətbuat xidməti  Donald Trampın Argentinada keçirilәn  G-20 Liderlər Sammiti çərçivəsində Cənubi Koreya lideri  və Avstraliya  Baş naziri ilә ayrı-ayrılıqda görüşdüyünü açıqlayıb.

Ağ Evin mәtbuat katibi Sarah Sanders tәrәfindәn verilәn açıqlamada Tramp ilә Cәnubi Koreya lideri Munun Koreya yarımadasının nüvә silahlardan tәmizlәnmәsi üçün lazımi addımların atılması mövzusunda razılıq әldә etdiklәri bildirilib.

Açıqlamada hәmçinin qeyd olunub ki,  görüş zamanı Tramp  həmkarı ilə ikinci ABŞ-Şimali Koreya  sammitini keçirmək niyyətini müzakirə edib.

Daha sonra Donald Trampın Avstraliya Baş naziri Skot Morrisonla görüşdüyü bildirilib.

Görüşdә iki ölkә arasındakı münasibәtlәrin müzakirә olunduğu qeyd olunub.

Donald Tramp Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğanla yanaşı Yaponiya, Hindistan vә Argentina liderlәri ilә görüşüb.



Әlaqәli Xәbәrlәr