Emmanuel Makron Argentinada Mәhәmmәd ibn Salmanla görüşәcәk

Bu barәdә Fransa prezidentinin özü mәlumat verib.

1097746
Emmanuel Makron Argentinada Mәhәmmәd ibn Salmanla görüşәcәk

Fransa prezidenti Emmanuel Makron (Emmanuel Macron) Argentinada keçirilәcәk G-20 sammiti çәrçivәsindә Sәudiyyә Әrәbistanının vәliәhd şahzadәsi Mәhәmmәd ibn Salmanla görüşәcәyini açıqlayıb.

Emmanuel Makron Buenos- Ayresdə keçiriləcək Böyük İyirmilərin sammitində iştirak etmək üçün  Argentinaya sәfәr edib.

Makron sәfәri çәrçivәsindә bu ölkәnin dövlәt başçısı Maurisyo Makri (Mauricio Macri) ilә birgә mәtbuat konfransı keçirib.

Fransa prezidenti zirvә görüşündә Avropa dövlәtlәrinin liderlәri ilә sәudiyyәli jurnalist Camal Xaşoqçi cinayәtini müzakirә edәcәklәrini deyib.

Emmanuel Makron 30 noyabr-1 dekabr tarixlәrindә Argentinada keçirilәcәk G-20 sammiti çәrçivәsindә Sәudiyyә Әrәbistanının vәliәhd şahzadәsi Mәhәmmәd ibn Salmanla görüşәcәyini  vә Camal Xaşoqçi mәsәlәsini müzakirә edәcәklәrini söylәyib.

 ‘‘Türkiyә vә Sәudiyyә Әrәbistanında aparılan istintaqın davam etmәsini, hәdisәyә aydınlıq gәtirilmәsini vә beynәlxalq ictimaiyyәtin bu prosesә daxil olmasını istәyirәm’’,-deyә Fransa prezidenti Emmanuel Makron qeyd edib.

Emmanuel Makron çıxışında hәmçinin Yәmәndәki humanitar vәziyyәtә dә toxunub.

Qeyd edәk ki, sәudiyyәli jurnalist Camal Xaşoqçi oktyabrın 2-dә Sәudiyyә Әrәbistanının İstanbuldakı konsulluğunda vәhşicәsinә öldürülmüşdü.



Әlaqәli Xәbәrlәr