Әfqanıstan üzrә sülh konfransı başa çatdı

Birlәşmiş Millәtlәr Tәşkilatının Cenevrәdәki qәrargahında keçirilәn Әfqanıstan üzrә nazirlәr konftansı başa çatıb.

1097421
Әfqanıstan üzrә sülh konfransı başa çatdı

Birlәşmiş Millәtlәr Tәşkilatının Cenevrәdәki qәrargahında keçirilәn Әfqanıstan üzrә nazirlәr konftansı başa çatıb.

Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibinin Әfqanıstan üzrә xüsusi nümayәndәsi Tadamiçi Yamomoto  konfransdan sonra keçirdiyi mәtbuat konfransında Әfqanıstanla bağlı әn әhatәli konfransa şahidlik etdiklәrini söylәyib.

Tadamiçi Yamomoto Talibanın şülh üçün hәr zamankindәn çox istәkli olduğunu bildirib.

Beynәlxalq ictimaiyyәtin ölkәdәki qarşıdurmaların dayandırılması üçün Әfqanıstan hökumәti ilә  Taliban arasında birbaşa sülh danışıqlarının aparılmasını istәdiyini vurğulayan Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibinin Әfqanıstan üzrә xüsusi nümayәndәsi Tadamiçi Yamomoto: ‘‘Hәrkәs Talibanın hökumәtlә birbaşa danışıq aparması üçün sәy göstәrir’’ deyib.

Әfqanıstanın milli tәhlükәsizlik mәsәlәlәri üzrә müşaviri Hәmdullah Mohib sülh danışıqlarının başlaması üçün әllәrindәn gәlәni etdiklәrini söylәyib.

Әfqanıstanın Vaşinqtondakı keçmiş sәfiri Hәmdullah Mohib Taliban ilә sülh müqavilәsinin imzalanacağı tәqdirdә bu müqavilәnin bir neçә il әrzindә hәyata keçirilәcәyini deyib.

Hәmdullah Mohib Talibanın әvvәlki kimi güclü olmadığını qeyd edib.

Digәr tәrәfdәn Birlәşmiş Millәtlәr Tәşkilatı tәrәfindәn verilәn açıqlamada mәtbuat konfransında Әfqanıstan prezidenti Әşrәf Qaninin dә çıxış edәcәyi bildirilmişdi.

Әşrәf Qaninin dünәn ölkәsindә törәdilәn terror akti ilә әlaqәdar mәtbuat konfransında çıxış etmәyәcәyi  qeyd olunub.

Әşrәf Qani dünәn konfransda etdiyi çıxışında  Taliban ilә sülh danışıqları aparmaq üçün 12 nәfәrdәn ibarәt ‘‘güclü’’ heyәt yaratdıqlarını açıqlamışdı.

Cenevrәdә keçirilәn vә iki gün davam edәn Әfqanıstan üzrә sülh konfransında Türkiyәni Xarici İşlәr nazirinin müavini Yavuz Selim Kıran tәmsil edib.

Qeyd edәk ki, konfransın ilk günündә ölkәdәki problemlәrә diqqәt yetirilib.



Әlaqәli Xәbәrlәr