Sәudiyyә Әrәbistanı-İngiltәrә birgә hәrbi tәlim keçirir

Bu barәdә Sәudiyyә Әrәbistanının SPA xәbәr agentliyi mәlumat yayıb.

1095576
Sәudiyyә Әrәbistanı-İngiltәrә birgә hәrbi tәlim keçirir

Sәudiyyә Әrәbistanı ilә İngiltәrә ‘‘Yaşıl Bayraq’’  birgə taktiki-uçuş təlimləri keçirilir.

Bu barәdә Sәudiyyә Әrәbistanının SPA xәbәr agentliyi mәlumat yayıb.

Ölkənin qərbindә yerlәşәn  Kral Fahd hәrbi hava bazasında keçirilәcәk  təlimin təxminən iki həftə davam edəcəyi bildirilir.

Kral Fahd hәrbi hava bazasının komandanı general Həmid  әl-Ömәri bildirib ki,  "Yaşıl Bayraq" tәlimi çәrçivәsindә hərbi əməliyyatların planlaşdırılması və həyata keçirilməsi, eyni zamanda daxili təhlükəsizlik fəaliyyətlərinin təşkil olunması məqsədilə treyninqlər keçiriləcək.

Mәlumatda tәlimlәrdә İngiltәrәnin  8 әdәd ‘‘Typhoon’’ tipli döyüş tәyyarәsinin iştirak etdiyi bildirilir.



Әlaqәli Xәbәrlәr