Hindistanda üç müqavimәtçi dә öldürüldü

Bu barәdә ‘‘Hindustan Times’’ qәzeti mәlumat yayıb.

1095939
Hindistanda üç müqavimәtçi dә öldürüldü

Hindistanın Cammu Kəşmir bölgәsindә tәhlükәsizlik qüvvәlәri ilә müqavimәtçilәr arasında baş verәn qarşıdurma nәticәsindә 3 müqavimәtçi vә bir hәrbçi ölüb.

‘‘Hindustan Times’’ qәzetinin yaydığı mәlumata әsasәn, Hindistan tәhlükәsizlik qüvvәlәrinin  Kulqam qәsәbәsinin Redvani bölgәsindә keçirdiyi  әmәliyyat zamanı baş verәn qarşıdurma nәticәsindә bir әsgәr vә iki müqavimәtçi ölüb.

Yerli polis Pulvama qәsәbәsinin Hafoo kәndindә әmәliyyat keçirәn tәhlükәsizlik qüvvәlәri ilә müqavimәtçilәr arasında baş verәn qarşıdurmada isә bir müqavimәtçinin öldüyünü bildirib.

Qarşıdırma zamanı iki әsgәrin dә yaralandığı bildirilir.

Qeyd edәk ki, noyabrın 15-dәn etibarәn Cammu Kәşmir bölgәsindә baş verәn qarşıdurmalar nәticәsindә 19 müqavimәtçi, 7-i  mülki vәtәndaş vә 3-ü dә tәhlükәsizlik xidmәti әmәkdaşı olmaqla 29 nәfәrin öldüyü qeyd olunub.



Әlaqәli Xәbәrlәr