Almaniya Rusiyaya çağırış etdi

Ukrayna ilə yaşanan böhranda Rusiyanın nəzarətinə götürdüyü dənizçilər dərhal azad edilmədir.

1095975
Almaniya Rusiyaya çağırış etdi

Ukrayna ilə yaşanan böhranda Rusiyanın nəzarətinə götürdüyü dənizçilər dərhal azad edilmədir.

Bunu Berlində Xarici Siyasət Forumunda çıxış edən Almaniyanın Müdafiə naziri Ursula fon der Leyen deyib.  

Leyen Rusiya və Ukraynaya məxsus gəmilər arasında baş verən hadisədə hər şəyin dəqiq olmadığını bildirib.

Ukraynanın hadisəyə dair dəlillər təqdim etməsinin vacibliyini dilə gətirən Leyen Rusiyanı Ukraynaya məxsus döyüş gəmisi və əsgərləri təcili sərbəst buraxmağa çağırıb.

Leyen hadisənin nəzarətdən çıxmamasının təmin edilməsinin və torpaq bütövlüyünə hörmət göstərilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

Rusiyanın keçmiş illərdə bəzi beynəlxalq qaydaları pozduğunu ifadə edən Leyen “Hər iki tərəf də vəziyyətin sakitləşməsi üçün təmkinli rəftar etməli və fəal olaraq dəstək olduqlarını göstərməlidir. Rusiya boğazlarda sərbəst keçidi təmin etməli və qeyri-bərabər gücdən istifadə etməməlidir” deyə bildirib.

Qeyd edək ki, 25 noyabrda Ukrayna ilə yaşanan böhranda Kerç boğazı yaxınlığında Rusiyaya məxsus döyüş gəmilərinin Ukrayna gəmilərinə silahlı müdaxiləsinə görə dünən axşam 30 gün müddətinə hərbi vəziyyət elan etdi.



Әlaqәli Xәbәrlәr