Fransada 101 nümayişçi nəzarətə götürüldü

Fransanın paytaxtı Parisdə yanacağın bahalaşmasına etiraz olaraq keçirilən nümayişlərdə 101 nəfər nəzarətə götürüldü.

1094747
Fransada 101 nümayişçi nəzarətə götürüldü

Fransada noyabrın 17-dən etibarən hökumətin maye yanacağın qiymətini artırmasına etiraz edən və "Sarı jiletllier" adı altında təşkilatlanan nümayişçilər bir gün əvvəl də başda Paris olmaqla, bir sıra şəhərdə nümayiş keçirdilər.
 
 Şəhərin simvollarından biri olan Yelisey Çölləri prospektindəki (Champs-Elysees)  nümayişdə  ətraf mühitə zərər verilməsi və zorakılığın törədilməsi səbəbindən polis nümayişçilərə gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə etdi.
 
 Bir qrup nümayişçi polisin müdaxiləsinin qarşısını almaq məqsədilə baryer quraraq, prospektdəki daşları sökdü. Nümayişçilər polisə şüşə və daş atdılar.
 
 Nümayişçilərin gərginliyi artırmasından sonra təhlükəsizlik qüvvələri sərt müdaxilə etdi.
 
Yelisey Çölləri prospektində və ətrafındakı küçələrdən alovlar yüksəldi.
 
Qeyd edək ki, Fransa Daxili İşlər naziri Kristof Kastaner (Christophe Castaner) ölkə daxilində keçirilən təxminən min 600 nümayişə 106 min nəfərin qatıldığını bildirib.



Әlaqәli Xәbәrlәr