Avropa İttifaqı Şurası Rusiyanı qınadı

Avropa İttifaqı Şurasının sədri Donald Tusk Rusiyanın Azov dənizində zorakılığa əl atmasını qınadığını bildirdi.

1095226
Avropa İttifaqı Şurası Rusiyanı qınadı

Avropa İttifaqı Şurasının sədri Donald Tusk Rusiyanın Azov dənizində zorakılığa əl atmasını qınadığını bildirdi.

Tusk özünün“Twitter” səhifəsində Ukrayna prezidenti Petro Poroşenko ilə vəziyyəti müzakirə etdiyini bildirərək, Avropanın Ukraynaya dəstəyini davam etdirəcəyini söylədi.

Tusk “Rusiyanın Azov dənizində zorakılığa əl atmasını  qınayıram” ifadəsini işlətdi.

Rusiya tərəfindən müsadirə edilən ukraynalı dənizçilərin və gəmilərin təhvil verilməsi üçün çağırış edən Tusk rəsmi Moskvanın “daha çox təhrikedici” rəftarlardan da imtina etməsinin vacibliyini dilə gətirdi.

Qeyd edə ki, dünən səhər radələrində Azov dənizində Rusiyaya məxsus gəmilər ilə Ukraynaya məxsus döyüş gəmiləri qarşı-qarşıya gəldi. Rusiyanın sahili sularına girdiyi iddiası ilə Rusiyaya məxsus döyüş gəmiləri Ukrayna döyüş gəmilərinə müdaxilə etmişdi.



Әlaqәli Xәbәrlәr