“Afrika ölkələrilə əlaqələrimizin inkişafı üçün cəhd göstəririk”, B.Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsində səfərdə olan Çad prezidenti İdris Debilə görüşüb.

1094741
“Afrika ölkələrilə əlaqələrimizin inkişafı üçün cəhd göstəririk”, B.Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsində səfərdə olan Çad prezidenti İdris Debilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında son dövrdə İsraillə Afrika ölkələri arasında inkişaf edən əlaqələrə toxunub.

Netanyahu Debinin İsrailə səfərini tarixi olaraq qiymətləndirərək deyib: “Bu, tarixi bir yığıncaqdır və bizim üçün diplomatiya sahəsində əldə edilmiş böyük bir uğurdur. Bunun üçün ciddi səy göstərdik.

Çadın Afrikanın əhəmiyyətli ölkələrindən biri olduğunu və İsrail üçün də ayrı əhəmiyyət daşıdığını vurğulayan Netanyahu iki ölkə arasındakı dostluğun onu xoşbəxt etdiyini dilə gətirib.

Benyamin Netanyahu İsrailin Çad ilə olan mövcud əlaqələrini inkişaf etdirdiyinə diqqət çəkərək, ölkəsinin bütün Afrika ölkələrilə əlaləqərini gücləndirmək istədiyini deyib.

Çadın prezidenti İdris Debi isə ölkəsinin İsrail ilə Fələstin arasında BMT Təhlükəsizlik Şurasının qərarları çərçivəsində sülhün təmin edilməsinə dəstəyini ifadə edib.

Qeyd edək ki, Mərkəzi Afrika ölkəsi Çad 1972-ci ildə İsrail ilə diplomatik əlaqələrini kəsmişdi.



Әlaqәli Xәbәrlәr