ABŞ-da polis sərhədi keçməyə çalışan miqrantlara gözyaşardıcı qazla müdaxilə etdi

Amerika Birləşmiş Ştatlarında polis Mərkəzi Amerika ölkələrindən gələrək sərhəddəki hasarı keçməyə çalışan miqrantlara gözyaşardıcı qazla müdaxilə etdi.

1094812
ABŞ-da polis sərhədi keçməyə çalışan miqrantlara gözyaşardıcı qazla müdaxilə etdi

 Meksikanın ABŞ-ın Kaliforniya ştatı ilə sərhədində yerləşən Tijuana şəhərində  bir qrup miqrant  sığınacaq müraciətlərinə ləng baxılmasına etiraz olaraq aksiya keçirdilər və iki ölkə arasındakı metal hasarı keçməyə çalışdılar.
 
ABŞ Gömrük və Sərhəd Mühafizə Departamenti sərhədin piyada keçidlərini iki istiqamətdə bağladı, təhlükəsizlik qüvvələri hasarı aşmağa çalışan miqrantlara gözyaşardıcı qazla müdaxilə etdi.
 
 Meksikanın "Milenio" televiziya kanalında yayımlanan görüntülərdə insanların bəzilərinin metal hasara çıxmağa çalışdıqları, bəzilərinin isə divarın altından keçməyə cəhd göstərdikləri müşahidə olunur.
 
 ABŞ polisinin müdaxiləsindən sonra hasarı aşmağa müfəffəq olan nümayişçilər geri dönmək məcburiyyətində qaldılar.
 
 Nümayişçilər arasındakı qadınların halı pisləşdi, gözyaşardıcı qazdan təsirlənən bir uşaq da nəfəs almaqda çətinlik çəkdi.
 
 ABŞ-lı gömrük rəsmiləri gündə ən çox 100 miqrantın müraciətinə baxdığı üçün qrupun şəhərdə aylarla gözləmə ehtimalı var.
 
 Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Mərkəzi Amerikadan ABŞ-a gələn təxminən 7 min nəfərlik miqrant karvanından heç kimin məhkəmənin qərarı olmadan ölkəyə buraxılmayacağını bildirmişdi.
 
 Tramp: "Yalnız qanuni olaraq gələnlərə ölkəmizə giriş icazəsi verəcəyik. Qeyri-qanuni yollarla gələnlərə qarşı siyasətimiz "yaxala və həbs et" şəklindədir" demişdi.



Әlaqәli Xәbәrlәr